Bazardakı Mövcud Seçimlər və Problemlər
Avropa istehsalçıları yüksək keyfiyyət təqdim etsələr də, onların avadanlıqları yerli müəssisələr üçün maliyyə baxımından əlçatmazdır.
Bundan əlavə, texniki xidmətin təşkili və ehtiyat hissələrinin təminatı uzun müddətli və bahalı prosesdir.Türkiyə istehsalçıları da son dövrlərdə iqtisadi dəyişikliklər səbəbindən qiymətləri xeyli artırmağa məcbur qalıblar.
Beləliklə, avropalı rəqiblərlə eyni problemlərlə üz-üzədirlər: yüksək qiymət, baha servis və məhdud texniki dəstək.Çin mənşəli avadanlıqlar isə daha əlverişli qiymətə təklif olunsa da, keyfiyyət və uzunömürlülük baxımından ciddi problemlər yaradır.
Bu da istismar zamanı tez-tez təmir tələbləri, istehsalatda dayanmalar və əlavə xərclərlə nəticələnir.
Münasib qiymətə yüksək
keyfiyyət
Bizim təqdim etdiyimiz avadanlıqlar isə bu mənzərədə balanslı və optimal bir həll rolunu oynayır: münasib qiymətə yüksək keyfiyyət.
Məhsullarımız İranda yerləşən tərəfdaş zavodda istehsal olunur və texniki göstəricilərinə görə regionun tələblərinə tam uyğundur. Lakin, siyasi məhdudiyyətlər və logistik çətinliklər səbəbindən bu avadanlıqların Orta Asiya bazarlarına çıxışı məhdudlaşır.
Bu isə həm bizim potensial imkanlarımızı, həm də regionun real ehtiyaclarının qarşılanmasını ləngidir.